Aprelin 17-də YARAT-da bəsətkar və müğənni Sevinc Ağasıyevanın "Eşq" adlı konsert proqramı olacaq.

Open.az xəbər verir ki, Sevinc Ağasıyeva – çoxsaylı mahnıların, instrumental əsərlərin, həmçinin "Mələyin öpüşü" və "Lal yuxu" filmlərinin saundtreklərinin müəllifidir. Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin məzunu olan Sevinc Ağasıyeva musiqi müəllimi, etiket üzrə ekspert-müəllim və müəllim-motivator kimi fəaliyyət göstərir.

Konsertdə bəstəkarla yanaşı, tanınmış musiqiçilər Əli İbrahimzadə (gitara) , Nicat Paşazadə (bas-gitara), Ramiz Sevdiməliyev (zərb alətləri), Afşin Əlizadə (piano)Emin Qaliyev (violonçel), Səid Məmmədov (skripka), Seymur Həsənov (akkordeon) çıxış edəcəklər.

Konsert - aprelin 17-si saat 19.00-da baş tutacaq.

Ülviyyə Həsənqızı