RSFSR-nin Xalq artisti, Rusiyanın görkəmli teatr və kino xadimi, Mossovet adına Moskva Akademik Teatrının aparıcı aktrisası Valentina Talızinanın 85 illik yubileyidir.

Open.az xəbər verir ki, 1935-ci il yanvarın 22-də dünyaya gələn aktrisanı doğum günündə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin olmaqla, Rusiyanın teatr və kino ictimaiyyəti təbrik ediblər.

62 ildir teatrda çalışan görkəmli sənətkarı, geniş tamaşaçı kütləsi kino ekranı vasitəsilə daha çox tanıyıb və sevib. Baxmayaraq ki, aktrisa kino vasitəsilə daha çox tanındığını etiraf edir, amma vurğulayır ki, teatrı daha çox sevir.

Valentina Talızina rejissorlar sarıdan da bəxtinin gətirdiyini deyir. Yuri Zavadski, Roman Vityuk kimi teatr rejissorlarını daha çox sevdiyini bildirir. Kinorejissor Eldar Ryzanovu isə xüsusi hörmətlə xatırlayır. Hərçənd, "Qəribə təsadüf və ya Həmişə təmizlikdə" filminin çəkilişləri zamanı Eldar Ryzanovun onu tez-tez küsdürdüyünü də etiraf edir.

Valentina Talızina uşaqları çox sevdiyini və onlardan da eyni münasibəti gördüyünü bildirir. Aktrisa uşaqların sevimli multfilmi olan "Prostokvaşino" silsiləsi ilə neçə-neçə onilliklər ərzində minlərlə tamaşaçıların sevimlisinə çevrilib. Onun səsi ilə Rusiyanın və dünya kinosunun ən məşhur aktrisaları "danışıb".

Teatrı çox sevən, kinonu həyatının ən silinməz, gözəl anı kimi qəbul edən Valentina Talızina 85 illik yubileyində həyasevərliyi və peşəsinə olan sonsuz məhəbbəti ilə çoxlarından fərqlənir.

Ülviyyə Həsənqızı

Səsi özündən əvvəl tanınan görkəmli aktrisanın 85 illik yubileyidir