Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Open.az xəbər verir ki, bu barədə xəbəri Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Xəbərdə deyilir ki, R. Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.