Pandemiya səbəbindən təxirə salınan 23-cü Şanxay Beynəlxalq Kinofestivalının keçirilməsi iyulun sonlarına nəzərdə tutulub.

Open.az xəbər verir ki, festivalın təşkilat komitəsi iyunun 12-13-də nəzərdə tutulan tədbiri təxirə salmışdı. Ancaq dəqiq vaxt göstərilməmişdi. Açıqlamada bildirilmişdi ki, koronavirusun yayılmasına baxmayaraq, filmlərin nümayişinə hazırlıqlar davam edir, çünki festivala nəinki ölkə daxilində, eyni zamanda bütün dünyada müxtəlif təşkilatlar tərəfindən maraq göstərilir.

Qeyd edək ki, Şanxay Beynəlxalq Kinofestivalı 1993-cü ildən keçirilir. Festivalın münsifləri heyətinə müxtəlif vaxtlarda Oliver Stoun və digər dünya şöhrətli kinematoqrafçılar daxil olub. Şanxay Beynəlxalq Kinofestivalı artıq yerli tədbir deyil, dünya festivallarından biri sayılır. Uzun illər davam edən festivalın fəaliyyəti nəinki Çinin kino sənayesinə təsirsiz ötüşməyib, hətta beynəlxalq mədəni mübadilə və əməkdaşlıq platformasına çevrilib.