Rusiyanın məşhur "Sankt-Peterburq Opera"( «Санктъ-Петербургъ Опера») Dövlət Kamera-Musiqili Teatrı Bakıya qastrol səfərinə gəlir.

Open.az xəbər verir ki, dekabrın 17-18-19-da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tanınmış kollektivin çıxışı baş tutacaq.

"Sankt-Peterburq Opera"( «Санктъ-Петербургъ Опера») Dövlət Kamera-Musiqili Teatrı Bakıda "Mirvari axtaranlar""Faust" tamaşalarını və dekabrın 19-da isə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illik yubileyi münasibətilə Qala-Konserti təqdim edəcəklər.

Qeyd edək ki, "Sankt-Peterburq Opera"( «Санктъ-Петербургъ Опера») Dövlət Kamera-Musiqili Teatrı Rusiyanın ən nüfuzlu sənət ocaqlarından biridir. Teatrın yaradıcısı və təkrarolunmaz Bədii rəhbəri Yuri Aleksandrovdur.

Teatr son illərdə Fransa, Polşa, Latviya və Estoniyada çıxış edib.

Növbəti qastrol səfəri ilə Azərbaycana təşrif buyuran Teatrın, təqdim edəcəyi "Faust" tamaşası ötən mövsümdə Sankt-Peterburqun nüfuzlu mükafatı olan "Qızıl sofit"ə layiq görülüb.

Ülviyyə Həsənqızı