Dünya şöhrətli aktrisa Salma Hayekin həyat yoldaşı, fransız milyarder Fransua-Anri Pino yanan tarixi Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro ayırıb.

Open.az "Dailymail"ə istinadən xəbər verir ki, bu barədə milyarderin özü açıqlama yayıb.

2009-cu ildə Meksika əsilli amerikalı aktrisa Salma Hayekin ərə getdiyi milyarder "Gucci" və "Yves Saint Laurent" kimi brendləri idarə edən "Kering" şirkətinin icraçı direktorudur.

Qeyd edək ki, ötən gün Fransanın paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) güclü yanğın baş verib.

Yanğın nəticəsində kilsənin üzərindəki uzun qüllənin bir hissəsi aşıb.

Gülnar Qafarlı

Salma Hayekin ərindən yanan kilsə üçün 100 min avro

Salma Hayekin ərindən yanan kilsə üçün 100 min avro

Salma Hayekin ərindən yanan kilsə üçün 100 min avro