Rusiyanın Xalq artisti, Moskva Akademik Musiqili Teatrın solisti, məşhur opera artisti Vyaçeslav Voynarovski vəfat edib.

Open.az xəbər verir ki, 74 yaşlı məşhur artist ötən gecə dünyasını dəyişib.

Bu barədə mərhum opera artistinin oğlu məlumat yayıb. Onun sözlərinə görə atası koronavirusdan vəfat etməyib.

Qeyd edək ki, Vyaçeslav Voynarovski 1946-cı il fevralın 8-də anadan olub.

1971-ci ildən 2017-ci ilədək Moskva Akademik Musiqili Teatrının (MAMT) solisti kimi fəaliyyət göstərib.

Ülviyyə Həsənqızı

Rusiyanın Xalq artisti vəfat edibRusiyanın Xalq artisti vəfat edib