Rusiyanın Xalq artisti, Sankt-Peterburq Dövlət Konsertatoriyasının professoru Oleq Talıpin vəfat edib.

Open.az xəbər verir ki, 90 yaşlı görkəmli musiqiçi ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Oleq Talıpin 1981-ci ildən Sankt-Peterburq Konservatoriyasında müəllim kimi çalışıb. Konservatoriyanın "Qədim nəfəs alətləri" kafedrasının professoru olan Oleq Talıpin həmçinin Marinski Teatrında da fəaliyyət göstərib.

Ülviyyə Həsənqızı