Rusiya Prezidenti Vladimir Putin Rusiyanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Konstantin Xabenskini Dövlət Mükafatı ilə təltif edib.

Open.az xəbər verir ki, K.Xabenski 2019-ciu ilin "Görkəmli xeyriyyə adamı" titulunu qazanıb.

Belə ki, Konstantin Xabenski 2008-ci ildə beyin xərçəngindən əziyyət çəkən uşaqlar üçün Xeyriyyə Fondu yaradıb. Fondun yardımı sayəsində 2,5 min onkoloji xəstə uşaqlara müxtəlif dərəcədə kömək olunub.

Rusiyanın Xalq artistinin təsis etdiyi Fonda onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar və onların valideynləri ümid yeri kimi baxırlar.

Qeyd edək ki, məhz bu səbəbdən V.Putin Konstantin Xabenskiyə Dövlət Mükafatını təqdim edib.

Ülviyyə Həsənqızı