Rusiyanın tanınmış uşaq yazıçısı, şair, tərcüməçi Mixail Yasnov vəfat edib.

Open.az xəbər verir ki, Sankt-Peterburqda vəfat edən 74 yaşlı yazıçının ölüm xəbərini, həyat yoldaşı Asya Petrova yayıb.

Ötən gecə dünyasını dəyişən yazıçının ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 1946-cı il yanvarın 8-də Leninqradda anadan olan Mixail Yasnovun ilk kitabı 1979-cu ildə işıq üzü görüb. Uşaqlar üçün yazdığı 100-dən çox kitabın müəllifi olan mərhum yazıçı, məşhur "Чучело-Мяучело» hekayəsi və eyniadlı kitabın da müəllifidir.

Ülviyyə Həsənqızı

Rusiyanın tanınmış uşaq yazıçısı vəfat edib