Rusiyanın Əməkdar artisti, Oleq Tabakovun yaratdığı məşhur "Tabakerka" Teatrının aktyoru Aleksandr Vorobyov vəfat edib.

Open.az xəbər verir ki, 59 yaşlı aktyor, ötən gün uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Teatrdan verilən məlumata görə, aktyor koronovirusdan vəfat etməyib.

Aleksandr Vorobyov 1962-ci il fevralın 14-də Belarusda anadan olub.

QİTİS-i (Rusiya Teatr İnstitutu) bitirdikdən sonra bütün ömrünü görkəmli sənətkar Oleq Tabakovun yaratdığı "Tabakerka" Teatrına bağlayıb.

50-dən çox film və serialda çəkilən mərhum aktyorla vida mərasimi yanvarın 18-də Oleq Tabakov Teatrında olacaq.

Aleksandr Vorobyov Nikolo-Arxangelsk məzarlığında dəfn ediləcək.

Ülviyyə Həsənqızı