Rusiyanın görkəmli aktyoru, ssenarist və rejissor, RSFSR Xalq artisti, Moskva Dövlət Dumasının deputatı Nikolay Qubenko koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bir neçə gün əvvəl aktyorun həyat yoldaşı, Rusiyanın Xalq artisti Janna Bolotova karantinə alınıb.Həyat yoldaşının ardınca Nikolay Qubenkonun da virusa yoluxduğu məlum olub. Hər iki tanınmış sənətkar hazırda xəstəxanada, həkim müşahidəsi altına alınıblar.

Qeyd edək ki, 78 yaşlı aktyorun vəziyyəti stabil-ağır kimi qiymətləndirilib.

Ülviyyə Həsənqızı