Rusiyanın Tolyatti şəhərində yaşayan azərbaycanlı rəssam Bayram Salamovun art-qalereyasında ustad dərsləri mövsümü başlanır.

Open.az xəbər verir ki, bu barədə məlumatı rəssam “Facebook” səhifəsində bölüşüb. Ustad dərslərinə hər həftənin çərşənbə, cümə və şənbə günləri yazılmaq olar.

Bayram Salamov Şəkinin Qoxmuq kəndində dünyaya göz açıb. O, 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə fərdi sərgiləri keçirilib. Ötən ilin noyabr ayında Saranskda (Rusiya) “Nar çiçəyi” adlı sərgisi olub.

Rəssamın Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamları Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır. (AzərTac)