Rusiya estradasının Primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova Yeni il gecəsi mini-klipini nümayiş etdirəcək.

Open.az xəbər verir ki, Rusiyanın Birinci kanalı ilə nümayiş olunacaq mini-klip Yeni ilin ilk dəqiqələrində efirdə yayımlanacaq.

Alla Puqaçovanın məşhur mahnılarından birinə çəkilən mini-klip vasitəsilə 70 yaşlı Primadonna, 2020-ci ildə bütün pərəstişkarlarına sağlamlıq və əmin-amanlıq aruzlayacaq.

Xatırladaq ki, 2019-cu ildə 70 illik yubileyini silsilə konsertlərlə qeyd edən Alla Puqaçova növbəti dəfə solo-konsert proqramı ilə 80 yaşında çıxış edəcəyini bəyan edib.

Ülviyyə Həsənqızı

Rusiya Yeni ilə Primadonna ilə qədəm qoyacaq

Rusiya Yeni ilə Primadonna ilə qədəm qoyacaq