Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevə "Dostluq" ordeni verilməsi haqqında sərəncam imzalayıb.

Open.az AYB.az-a istinadən xəbər verir ki, sərəncamda ordenin Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının möhkəm dostluq əlaqələrinə və əməkdaşlığına xidmətə görə təqdim edildiyi vurğulanıb.

Qeyd edək ki, “Dostluq” ordeni Rusiya Prezidenti tərəfindən nüfuzlu şəxslərə təqdim edilir. Ötən il bu mükafata Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva layiq görülmüşdü.