RSFSR Xalq artisti, Rusiyanın görkəmli aktyoru, Moskva Estrada Teatrının Bədii rəhbəri Gennadi Xazanov koronavirus testindən keçmək istəməyib.

Open.az xəbər verir ki, sonuncu dəfə Lev Leşşenko ilə görüşən Gennadi Xazanov yoluxmaqdan qorxmadığını deyib: "Heç bir testdən keçmək istəmirəm. Yoluxmaqdan da qorxmuram. Ona görə qorxmuram ki, mənim vaxtım artıq keçib. Ömrümü yaşamışam"

Qeyd edək ki, G.Xazanov sonuncu dəfə Andrey Malaxovun verilişində Lev Leşşenko ilə birlikdə iştirak edib. Kifayət qədər yaxın təmasda ünsiyyət qurublar. Hazırda Lev Leşşenkonun koronovirus diaqnozu ilə müalicə olunduğu günlərdə, onunla yaxın təmasda hər kəs testdən keçir. Gennadi Xazanov isə belə bir testdən keçməkdən imtina edib.

Ülviyyə Həsənqızı

RSFSR Xalq artisti koronovirus testindən keçmək istəmədi: Yoluxmaqdan qorxmuram