Ötən gün dünyasını dəyişən RSFSR Xalq artisti, Rusiyanın görkəmli teatr və kino aktrisası İrina Skobsevanın harada və nə zaman dəfn ediləcəyi ilə bağlı məlumat verilib.

Open.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu, tanınmış rejissor Fyodor Bondarçuk məlumat yayıb. Onun sözlərinə görə, anası ilə vida mərasimi oktyabrın 22-də keçiriləcək.

Novodeviçye məzarlığında baş tutacaq vida mərasimi saat 14.00-da təşkil ediləcək. Daha sonra isə İrina Skobseva həyat yoldaşı, görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Sergey Bondarçukun və qızı, aktrisa Yelena Bondarçukun yanında dəfn ediləcək.

Qeyd edək ki, mərhum aktrisanın həyat yoldaşı Sergey Bondarçuk 1994-cü il oktyabrın 20-də, 75 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib. 2009-cu ildə isə eyni xəstəlikdən əziyyət çəkən 48 yaşlı Yelena Bondarçuk da vəfat edib və atasının yanında dəfn edilib.

RSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcək

Xatırladaq ki, 93 yaşlı aktrisa oktyabrın 20-də, əri ilə eyni gündə dünyasını dəyişib.

İrina Skobsevanın kinoda ilk debütü 1955-ci ildə rejissor Sergey Yutkeviçin ekranlaşdırdığı "Otello" filmində olub. Filmdə həyat yoldaşı Sergey Bondarçuk Otello, İrina Skobseva isə Dezdemona obrazını yaradıb.

Mərhum aktrisanın ən uğurlu obrazlarından biri də "Hərb və Sülh" filmində yaratdığı Elen Kuragina obrazı olub.

RSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcək

İrina Skobseva "Mən Moskvanı gəzirəm", "Otuz üç", "Uğur ziqzaqı", "Boris Qodunov", "Ovod", "Sakit Don", "Ağ qvardiya" və s. filmlərdə də yaddaqalan obrazlar ifa edib.

Ülviyyə Həsənqızı

RSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcəkRSFSR Xalq artisti əri və qızı ilə yanaşı dəfn ediləcək