Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Meksikanın Azərbaycandakı səfirliyi ilə birgə müsabiqə keçirəcək.

Open.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) Mətbuat xidməti xəbər yayıb.

Belə ki, Meksikanın İdalqo Ştatı Avtonom Universiteti və onun Xeyriyyə Fondunun əlaqələndirdiyi Beynəlxalq Təsvir Festivalı-2020-nin (BTF) “Beynəlxalq Təsvir Müsabiqəsi - 2020” adlanan tədbiri bu il keçiriləcək. Müsabiqə əcnəbi mədəniyyət adamlarına 2020-ci il 26 yanvar tarixinədək açıqdır və qeydiyyat www.fini.mx portalında aparılır.

Qeyd edək ki, müsabiqə su mövzusundan bəhs edir və iştirakçılar tələbə mütəxəssis kateqoriyalarından olmaqla foto, sənədli video, plakat və alternativ texnika janrlarında iştirak edə bilərlər.

Respublika Kinematoqrafçılar İttifaqı Meksika səfirliyi ilə birgə müsabiqə keçirəcək