Ötən gün dünyasını dəyişən Əməkdar artist Rəşid Rzayev (Səməndər) bu gün torpağa tapşırılacaq.

Open.az xəbər verir ki, ötən gün intihar edildiyi deyilən Rəşid Səməndərin cənazəsi Təzə Pir Məscidinə gətirilib. Mərhum aktyor bu gün anasının yanında, Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Rəşid Səməndər Azərbaycanın görkəmli sənətkarı Səməndər Rzayevin oğludur.

Rəşid Səməndər 1975-ci il martın 5-də dünyaya gəlib. Mərhum aktyor səs tembri və zahiri görkəminə görə, atasına bənzədilirdi.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Rəşid Səməndər bu gün dəfn ediləcək