Polşada keçirilən “Billboards Art Moves” 13-cü İncəsənət Festivalı çərçivəsində reklam lövhələri müsabiqəsi elan olunub.

Open.az xəbər verir ki, müsabiqə Polşanın Torun şəhərində yerləşən Rusz Fondu tərəfindən təşkil olunur.

Bu ilin mövzusu - “Epidemiyalar qlobal fəlakət, cəza, yoxsa özünüzü və dünyanı yenidən kəşf etmək fürsətidir?”.

Beynəlxalq münsiflər heyəti tərəfindən seçilən ən yaxşı 10 iş sentyabr-oktyabr aylarında Torun şəhərində xüsusi məkanda çap edilərək sərgilənəcək.

Müsabiqənin qalibinə pul mükafatı veriləcək. Ətraflı məlumatı festivalın saytından http://artmovesfestival.org əldə etmək olar. (AzərTac)

Reklam lövhələri müsabiqəsi elan olunub

Reklam lövhələri müsabiqəsi elan olunub