Azərbaycanın Xalq artisti, görkəmli kino xadimi Rasim Balayev Türkiyədə əməliyyat olunub.

Bu barədə Open.az-a məlumat verən Rasim Balayev bildirib ki, hazırda özünü yaxşı hiss edir.

" Neçə illərdir onurğa sütunumda problemlərin olması ilə bağlı məlumat vermişdim. Son zamanlar boynumda şiddətlənən ağrılardan sonra Türkiyədə əməliyyat olunmaq qərarını verdim. Əməliyyat yaxşı keçib. Xeyli vaxtdır evdəyəm və ev şəraitində rahat hərəkət edə bilirəm"

Ülviyyə Həsənqızı