Fevralın 26-da Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşası nümayiş etdirilib.

Open.az xəbər verir ki, yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə səhnələşdirilib.

Otuz nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Qusar Mədəniyyət sarayında təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.