Mərhum Xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yaranıb.

Open.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, aktrisanın qohumları onun mirasından pay istəyir.

Verilişə S.İbrahimovanın qardaşı qızı Könül də qatılıb. O bildirib ki, bibisi vəsiyyətnamə yazıb və mirasını ona qoyub:

"Qohumlar indi düşüb üstümə ki, nə vaxt baxdın ona? Bibim xəstə olanda hamısını çağırdım ki, gəlin görün. Heç biri gəlmədi. Bibim onları görmək istəyirdi. Allah şahiddir ki, onun hər şeyinə özüm baxmışam. 24 saat gücüm çatanı etmişəm. Bibim mənə ana əvəzi olub. Onun ölümünü atama bildirmək istəmirdik. Amma hiss etdi. Onlara bir evdə baxırdım. Bütün günü otururdular, söhbət edirdilər.

Qohumlar öləndə heç onu götürməyə gəlmədilər. Öləndən sonra bibim dəbə düşüb. Bibim sağ olanda qohumlar deyirdi ki, sən ona qulluq edib, üzümüzü ağ edirsən. Amma indi hamısı düşmən olub.

Atam həyət evində yaşayırdı. Kapriz edirdi ki, evimi istəyirəm. Oturub ağlayırdım ki, bibimi apara bilmirəm, məcbur qalmalıyam. İki övladım da hərbçi idi. Bilmirdim onları düşünüm, yoxsa bibimlə atamı".

Qeyd edək ki, S.İbrahimovadan sonra qardaşı da dünyasını dəyişib.(axşam.az)