Rusiyanın Xalq artisti, Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının qocaman aktyoru Aleksandr Petrov vəfat edib.

Open.az xəbər verir ki, 99 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

99 illik ömrünün 70 ilini səhnədə keçirən mərhum aktyorla vida mərasimi iyulun 6-da doğma teatrında olacaq.

Qeyd edək ki, Aleksandr Petrov İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Orduya könüllü yazılan mərhum aktyor, Odessa, Praqa, Vyana və s. şəhərlərin işğaldan azad olunmasında iştirak edib. Müharibədən sonra Teatr İnstitutunu bitirən mərhum aktyor, Rusiya Ordusunun Mərkəzi Akademik Teatrında çalışmağa başlayıb.

Aleksandr Petrov səhnədə 50-dən çox obraz yaradıb.

Ülviyyə Həsənqızı

Qocaman Teatr aktyoru vəfat etdi