Qobustan Milli Tarix-Bədii Qoruğunun və “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşlarının təşəbbüsü ilə Azərbaycan Respublikasında Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsi qərara alınıb. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülüb.