Yanvarın 25-də Rusiyanın Milli Teatr Festivalı olan XXVI "Qızıl Maska-2020" öz işinə başlayır.

Open.az xəbər verir ki, Festivalda Rusiyanın 29 şəhərindən 81 teatr iştirak edəcək. Festival çərçivəsində 250 tədbir və 101 teatr tamaşası nümayiş olunacaq.

Festivalın Münsiflər Heyətinin Musiqili Teatr üzrə builki sədri, musiqi tənqidçisi Yuliya Bederova olacaq. Dram Teatrı bölməsinə isə rejissor, "Praktika" Teatrının Bədii Rəhbəri Marina Brusnikina rəhbərlik edəcək.

XXVI "Qızıl Maska-2020" Festivalının tarixində ilk dəfə olaraq Rusiyanın bir neçə şəhərlərindən gəlmiş Kukla Teatrlarının iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, Festivalın davamı kimi, Rusiyanın teatr mühitində ən nüfuzlu mükafat sayılan "Qızıl Maska" nın növbəti təqdimat mərasimi də keçiriləcək.

Builki mərasim 2020-ci il martın 27-də Beynəlxalq Teatr Günündə baş tutacaq və həmin gün "Qızıl Maska"nın artıq bəlli olan qaliblərinin adları açıqlanacaq.

Ülviyyə Həsənqızı

Qızıl Maska-2020