Dekabrın 18-də Heydər Əliyev Sarayında "Qəfil gün doğsa bir gecə" adlı konsert proqramı olacaq.

Open.az xəbər verir ki, bu barədə xəbəri Xalq artisti, xanəndə Nəzakət Teymurova yayıb.

Konsertdə Xalq şairi Ramiz Rövşənin məşhur şeirlərinə bəstələnən mahnılar və muğam parçaları səsləndiriləcək.

Musiqi tərtibatı "Hicaz" qrupuna məxsus olan konsertdə Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov çıxış edəcək.

Ülviyyə Həsənqızı