“Qaya” vokal qrupunun solisti Rauf Babayev dəfn olunub.

Open.az xəbər verir ki, Xalq artisti II Fəxri xiyabanda torpağa tapşırılıb.

Koronavirus təhlükəsi səbəbindən dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçirilib.

Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamağı tövsiyə edib. (APA)