Film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarların itməsi ilə evinə qayıtmaqla bağlı son ümidini də itirən Ümid kişinin timsalında dünyanın harasında yaşamasından asılı olmayaraq doğma torpağı, evi zorla əlindən alınmış, həyatda yeganə istəyi öz evinə qayıtmaq olan insanın hekayəsidir.

Open.az xəbər verir ki, “OB Film” və “Epic Production”un birgə istehsalı olan filmin bədii rəhbəri Yusif Şeyxov, ssenari müəllifi və quruluşçu rejissoru Elşad ELsevər, quruluşçu operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyev, prodüseri Senur Əhədov, Mətin Ələkbərli və Orxan Behbiddir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Nəriman Qarayev, Ramiz Abbasov, Behbud Hacıyev, Eldar Cəbrayıl, Selin Cəbrayıl, Emin İsgəndərov və başqaları çəkilib.

https://www.youtube.com/watch?v=H-jJ8gU1-Lw