1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində Karvansara tikildiyi kəndin adına uyğun olaraq adlandırılsa da, bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər.

XVII əsrin yadigarı olan karvansara ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşirdi.

Karvansara Azərbaycan Respublikasının daşınmaz tarixi abidələrindən hesab edilir.

Qarğabazar kəndinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çeviriblər.