Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü XIX əsrdə Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilib.

Open.az xəbər verir ki, 15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edən bu tarixi abidənin indiki vəziyyəti Qubadlının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən məlum deyil.