Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüsser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filminin nümayişi olacaq.

Komitədən Open.az-a bildiriblər ki, dekabrın 9-u saat 16:30-da Nizami Kino Mərkəzində baş tutacaq nümayişdə tanınmış incəsənət xadimləri, hökumət və media nümayəndələri, YAP Gənclər Təşkilatı üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, filmin nümayişi “Qadın zorakılığına qarşı 16 günlük kampaniya” (25 noyabr - 10 dekabr) çərçivəsində keçirilir.