Dekabrın 7-si saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Yüksək İfaçılıq Sənətinin Ulduzları silsiləsindən pianoçu-bəstəkar Senya Sonun Mətbuat Konfransı olacaq.

Open.az xəbər verir ki, həmin gün axşam saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Yüksək İfaçılıq Sənətinin Ulduzları silsiləsindən tanınmış pianoçu-bəstəkar SENYA SON "Yeddi Notun Ekologiyası" adlı proqramla çıxış edəcək.

Qeyd edək ki, pianoçu-bəstəkar Son Semyon Avanqardoviç (səhnə adı Senya Son) Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu və paralel olaraq P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və kompozisiya sinfini bitirib. XX yüzilliyin əfsanəvi musiqiçiləri – Emil Gilels, Tatyana Nikolayeva, Yevgeni Malinin, İnna Malinina, Henrix Litinski ilə çalışıb və öz ustalığını artırıb.

Senya müasir dövrün böyük bəstəkarı Alemdar Karamanovun yeganə tələbəsidir. Senya ondan polifoniya və simfonik orkestr sənəti dərslərini alıb. Senya Sonun ifasında başlıca məfhum ‒ ideya, fikirdir. Senya Son üçün düşünmək – yaratmaq deməkdir. Senya Son Vyana klassiklərinin irsini özünəməxsus şəkildə yenidən nəzərdən keçirir. Baxın, Bethovenin, Çaykovskinin, Dvorjakın, Debüssinin artıq məşhur əsərlərinin harmonik dilinə öz heyranedici tapıntılarını əlavə edir… “ SENYA SONun ifası və onun unikal proqramları — hər zaman musiqiyə aşiq olan ictimaiyyət üçün bir hadisədir. Elitar pianoçu olmaqla, Senya Son öz sənəti ilə Musiqi Kainatının nəfəsini eşitmək və hiss etmək üçün unikal imkan yaradır, bu Kainata yol isə — İnsan Ruhunun Ekologiyasına aparan yoldur!».

Beynəlxalq Muğam Mərkəzi hər kəsi dekabrın 7-də kainatın nəfəsini musiqinin sehrində eşitməyə dəvət edir.

Yüksək İfaçılıq Sənətinin Ulduzları silsiləsindən pianoçu-bəstəkar Senya Sonun Mətbuat Konfransı və konserti olacaq