Xalq artisti Pərviz Məmmədrzayev Fuad Poladov haqqında ürək sözlərini dilə gətirib.

Open.az xəbər verir ki, aktyor mərhum xalq artistinin daim yaddaşlarda qalacağını bildirib: “Mənim həqiqi mənada böyük hərflərlə yazılan o, kişiyə, o, insana, Fuad Poladova böyük hörmətim var idi. İndi də böyük hörmətim var. Həm şəxsiyyəti, həm də sənəti bütöv olan, kristal insan olub, bundan sonra da yaddaşlarda elə qalacaq. “Qurani-Kərim”də bir hədis var. “Şəhidlər ölmür”. Mən hesab edirəm ki, bu müqəddəs hədisi Fuad Poladova ünvanlamaq olar. Hər halda mən belə düşünürəm. Çünki Fuad Poladov bəzi anlamazların yanında özünü oda-közə vurub, nələrisə sübut etməklə məşğul oldu. Çalışdı və pərvanə kimi yandı. Özünü və qanaqlarını yandırdı... Və bizi tərk elədi... Allah Fuad müəllimə qəni-qəni rəhmət eləsin”

Ülviyyə Həsənqızı