Ötən həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dahi Mirzə Cəlilin "Dəli yığıncağı" pyesi əsasında hazırlanan tamaşanın premyerası oldu.

Open.az xəbər verir ki, Teatrın səhnəsində nəhayət, çoxdan gözlənilən "Dəli yığıncağı" quruldu.

İki gün nümayiş edilən tamaşanın məşqlərinə ötən ilin iyul ayından start verilmişdi.

"Dəli yığıncağı" nı quran, tamaşaya quruluş verən Xalq artisti, rejissor Cənnət Səlimovadır.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanan tragikomediyanın səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyıev, bəstəkar Firudin Allahverdi, rejissoru Gülnar Hacıyeva, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Gənc Tamaşaçılar Teatrının "Dəli yığıncağı"nda rolları: Xalq artisti Yasin Qarayev (Hacı Nayib), əməkdar artistlər Şövqi Hüseynov (Fazil Küleyni), Nofəl Vəliyev (Molla Abbas), aktyorlar Aygün Fətullayeva (Pırpız Sona), Elşən Hacıbabayev (Fərraş Şimrəli), Anar Seyfullayev (Doktor Lalbyuz) və başqaları ifa edirdi.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşadan qalan görüntüləri, fotoları oxucularımıza təqdim edirik.

Qeyd edək ki, "Dəli yığıncağı"nın növbəti tamaşası qarşıdakı aylarda nümayiş ediləcək.

Ülviyyə Həsənqızı

Ötən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağıÖtən həftənin teatr mənzərəsi: Dəli yığıncağı