Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində U.Şeksprin “Otello” əsəri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası nümayiş ediləcək.

Open.az xəbər verir ki, rejissor Gümrah Ömərin quruluşunda təqdim olunacaq səhnə əsərdə rolları aktyorlar Ziya Ağa, Fidan İsmayılova, Mətləb Abuşov , Toğrul Qasımov, Mirsənan Kazımlı, Gövhər Şabanova, Gövhər Fidan, Elçin Əmirov və Tural Kərimov canlandıracaq.

Tamaşaya giriş sərbəstdir.