İyulun 1-dən başlayaraq Türkiyədə teatr salonları qapılarını tamaşaçılarının üzünə açıb.

Open.az xəbər verir ki, bu gün nümayiş edilən tamaşalardan biri də böyük türk şairi Orxan Vəli Kanıka həsr edilib.

Aktyor Hakkı Erkökün hazırladığı tamaşada Orxan Vəlinin həyatı şeirlərinin dili ilə tamaşaçılara çatdırılacaq. Tamaşa 279 nəfərlik teatr salonunda nümayiş edilsə də, məlum səbəblərə görə əsəri 30 tamaşaçı izləyə biləcək.

Qeyd edək ki, bu il Orxan Vəli Kanıkın vəfatından 70 il ötür. Orxan Vəli türk ədəbiyyatında "Qarib harekatı" nın (Özgə cərəyanı) qurucularından olub.

36 illik qısa ömür yaşayan şairin beyninə qan sızıb və o, 1950-ci il noyabrın 14-də vəfat edib.

Ülviyyə Həsənqızı

Orxan Vəlinin həyatı şeirlərinin dili ilə ilk dəfə teatr səhnəsində

Orxan Vəlinin həyatı şeirlərinin dili ilə ilk dəfə teatr səhnəsində