İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Oktay Kazıminin mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Open.az xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayı yayıb.

Konsert proqramında Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova, Nigar Şabanova, Aqşin Abdullayev, tanınmış müğənnilər Ayaz Qasımov, Samir Piriyev, Rövşən Əziz, Ərəstun Quliyev, Nərmin Kərimbəyova, Nadir Qafarzadə, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Fuad Musayev, Zabitə Alıyeva və başqaları iştirak edəcəklər.

İfaçıları Cavad Tağızadənin dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik orkestri və Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblı müşaiyət edəcək.

Konsertdə unudulmaz sənətkarımızın bəstələdiyi əsərlər səsləndiriləcək. Oktay Kazıminin musiqisevərlər arasında sevilən “Əlvida”, “Bakının qızları”, “Qocalır anam”, “Tələsin insanlar”, “Dünya bir nəğmə idi”, “Bu dünya”, “Eşqimin bəxti”, “Mehriban insanlar”, “Qaytar eşqimi”, ”Cavanlığım”, ”Qaytağı” və digər mahnıları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Konsert proqramı saat 19.00-da başlanacaq .