Bu günlərdə Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq kimyaterapiya şöbəsində müalicə olunan balacaların əl işləri sərgilənib.

Open.az xəbər verir ki, onkoloji xəstəliklə mübarizə aparan balacaların çəkdikləri ən gözəl, həyat dolu rəsmlər “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” çərçivəsində nümayiş olunub.

Bu rəsmlərə hissiz, həyəcansız baxmaq olmur. Hər bir rəsmdə işıq, həyat, ümid var. Yaşlarının az olmasına baxmayaraq, ağır xəstəliklə mübarizə aparan, amma həyata ümidlə sarılan balaca rəssamların xəyal və rənglər dünyası geniş və rəngarəngdir.

Qeyd edək ki, noyabrın 26-27-də Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçirilib. Həmin konfrans çərçivəsində Bakıya gələn Türkiyə, Rusiya və İngiltərədən olan mütəxəssislər onkoxəstə uşaqların rəsm sərgisi ilə yaxından tanış olublar.

Ülviyyə Həsənqızı

Onkoloji xəstəliklə mübarizə aparan uşaqların əl işləri sərgilənib-FOTO

Onkoloji xəstəliklə mübarizə aparan uşaqların əl işləri sərgilənib-FOTO

Onkoloji xəstəliklə mübarizə aparan uşaqların əl işləri sərgilənib-FOTO