"Ögüy ana" filmində ifa etdiyi Cəmilə obrazı ilə hər kəsə yaxından tanış olan Sevinc Axundovanın ailəsinə ağır itki üz verib.

Open.az xəbər verir ki, Sevinc Axundovanın Türkiyədə yaşayn və Bilkənd Universitetində müəllim kimi çalışan qardaşı, musiqiçi Seyran Axundzadə dünyasını dəyişib.

Bu barədə sosial şəbəkə hesabından məlumat verən Sevinc Axundova bildirib ki, 64 yaşlı qardaşı Seyran Axundzadə keçiridiyi infarkdan sonra vəfat edib.

Seyran Axundzadə Ankarada torpağa tapşırılıb.

Xatırladaq ki, Seyran Axundzadə 1973-76-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1976-78-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Simfonik Caz Orkestrində çalışıb.

1993-cü ildən Türkiyədə yaşayan Seyran Axundzadə Bilkənd Universitetində müəllim və Bilkənd Simfonik Orkestrinin üzvü olub.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Ögey ana