Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev vətənpərvərlik mövzusunda klipə çəkilib.

Open.az xəbər verir ki, bu barədə məlumatı "Qazinform" Agentliyi yayıb.

Qazaxıstana həsr olunan, sözü və musiqisini Altınbəy Korazbayevə aid olan mahnının klipini Nursultan Nazarbayev ilk dəfə "İnstaqram" hesabında paylaşıb.

Klipdə Nazarbayev mahnı oxuyaraq, vətəninin görməli yerlərini gəzir və Qazaxıstanın ən gözəl, ən doğma məkan olduğunu vurğulayır.

Sabiq Prezident Qazaxıstanla heç bir ölkəni müqayisə edə bilmədiyini deyir və əlavə edir ki, bütün uşaqlığı köklərinin bağlı olduğu bu doğma diyarda keçib.

Qeyd edək ki, 1940-cı il iyulun 6-da Qazaxıstanda anadan olan Nursultan Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın Prezidenti olub.

Nursultan Nazarbayev "Millət Lideri" (qaz.. Елбасы) titulun daşıyıcısıdır.

Ülviyyə Həsənqızı