Türkiyənin iki məşhur sənətkarı Nurgül YeşilçayOktay Kaynarca 2020-ci ildə birlikdə səhnəyə çıxacaqlar.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, məşhur aktyorların fanatları onlara tamaşa etmək üçün bu dəfə Teatra gəlməli olacaqlar.

Belə ki, yeni ildə iki aktyor məşhur Neil Simonun iki aktyorun ifası üçün qələmə aldığı ("Last of the Red Hot Lovers' ) "Atəşli eşqlərin ən sonuncusu" komediyasında çıxış edəcəklər.

Sentyabrın 23-dən tamaşanın stolarxası məşqləri başlanacaq. Nurgül Yeşilçay və Oktay Kaynarca həftənin 3 günü məşq etməyi planlaşdırıblar.

Komediyanın premyerasının 2020-ci ilin ilk aylarda nümayiş olunması nəzərdə tutulub.

Ülviyyə Həsənqızı

Nurgül Yeşilçay və Oktay Kaynarcadan Atəşli eşqlərin ən sonuncusu

Nurgül Yeşilçay və Oktay Kaynarcadan Atəşli eşqlərin ən sonuncusu