Sumqayıt sakinlərinin asudə vaxtlarını mənalı və səmərəli keçirmək məqsədilə fəaliyyət göstərən mədəni-sosial obyektlərin siyahısına daha biri əlavə olunub.

Open.az xəbər verir ki, noyabrın 21-də Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində müasir kinoteatrın açılışını edib. “Nizami” adlanan yeni məkan SOCAR “Azərikimya” İstehsalat Birliyi tərəfindən şəhərin mərkəzində istifadəyə tam yararsız vəziyyətə düşən eyniadlı kinoteatrın yerində qısa bir zamanda inşa olunub.

Açılışdan sonra kinoteatr ilk tamaşaçılarını qəbul edib. İstirahətin sevimli növü kimi kinonu seçən sumqayıtlılar, əsasən də yeniyetmə və gənclər kinozalların təqdim etdiyi xidmətlərdən həvəslə yararlanıblar.