Dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Dərbənddə ucaldılacaq.

Open.az xəbər verir ki, bu barədə "TASS" agentliyi xəbər yayıb.

Bürüncdən ucaldılacaq abidənin hazırlıq işlərinə artıq başlanılıb. Nizami Gəncəvinin abidəsinin açılış mərasimi 2020-ci ildə baş tutacaq.

Heykəltəraşlıq nümunəsinin yaradılması ilə bağlı Dağıstanda müsabiqə elan edilib. Müsabiqənin qalibi Mahaçqaladan olan heykəltəraş olub. Münsiflər heyəti heykəltəraşın eskizini bəyənib. Eskizə əsasən Nizami Gəncəvi oturaq vəziyyətdə, əlində kazız və qələmlə təsvir olunub. Hazırda abidənin qibsdən hazırlanan ilkin nümunəsi Dərbənd şəhərində olan Nizami Gəncəvi adına istirahət parkında qoyulub.

Qeyd edək ki, Nizami Gəncəvinin adını daşıyan Park - Dərbənd şəhərinin mərkəzində yerləşir və ərazisinə görə şəhərin ən böyük İstirahət Parkı hesab olunur.

Ülviyyə Həsənqızı