Oktyabrın 21-i Rusiyanın görkəmli kinorejissoru, aktyor və ssenarist, RSFSR Xalq artisti, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun yubileyidir.

Open.az xəbər verir ki, bu gün 40 filmin müəllifi, 50-dən çox filmdə aktyor kimi müxtəlif obrazlar yaradan, "Oskar" və "Qızıl şir" mükafatlarının sahibi Nikita Mixalkov 75 illik yubileyini qeyd edir.

Nikita Mixalkovun yubileyi münasibətilə "Mosfilm" kinostudiyası "Mixalkov filmlərinin Marafon"unu təşkil edib.

Nikita Mixalkovun 75 illik yubileyidir

Qeyd edək ki, Nikita Mixalkovu 75 illik yubileyi münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təbrik edib və görkəmli rejissoru Rusiyanın Əmək Qəhrəmanı Fəxri adıyla təltif edib.

Xatırladaq ki, Nikita Mixalkov 1945-ci ildə Moskvada sovet yazıçısı Sergey Mixalkov və şairə Nataliya Konçalovskayanın ailəsində anadan olub.

1956-1959-cu illərdə Nikita Mixalkov Moskva konservatoriyası nəzdində olan Mərkəzi musiqi məktəbində fortepiano sinfində təhsil alıb, Stanislavski adına Dram teatrının teatr studiyasında çalışıb. 14 yaşından kinoda çəkilməyə başlayan Nikita Mixalkov, 1963-cü ildə Şukin adına Teatr məktəbinə daxil olub.

Nikita Mixalkovun 75 illik yubileyidirNikita Mixalkovun 75 illik yubileyidir

1974-cü ildə 28 yaşlı Mixalkov özünün ilk filmi olan "Özgələr arasında doğma, doğmalar arasında özgə" ni ekranlaşdırıb.

1980-ci illərdə Mixalkov ölkə hüdudlarından kənarda da bir çox uğurlu rollar ifa edir. Onun ən maraqlı rolları "Sibiriada", "İki nəfər üçün vağzal", "Amansız romans" filmlərində olub.

1993-cü ildə qızı Annanın həyatından bəhs edən "Anna. 6-dan 18-ə", 1994-cü ildə "Günəşdən usanmışlar" filmini çəkib. Bu film bir çox mükafatlara layiq görülüb. Onların arasında Kann kinofestivalının Qran-Prisi və Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatı da var.

2015-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Həmin sərəncama əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilib.

Ülviyyə Həsənqızı

Nikita Mixalkovun 75 illik yubileyidirNikita Mixalkovun 75 illik yubileyidirNikita Mixalkovun 75 illik yubileyidir