Ötən gün Abşeron Mədəniyyət Mərkəzində görkəmli Xalq şairi Nəbi Xəzrinin 95 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Open.az xəbər verir ki, Tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, hökümət nümayəndələri, Xırdalan sakinləri eləcədə şairin ailə üzvləri iştirak ediblər.

Xalq şairinin oğlu Arzu Babayev, Nəbi Xəzrinin dünyaya gəldiyi Xırdalan torpağında onun xatirəsinin əziz tutulduğu üçün məmnunluğunu bildirib: "Atam Nəbi Xəzrinin 95 illiyi münasibətilə xatirə gecəsi Xırdalan şəhəri mədəniyyət sarayında yüksək səviyyədə keçirildi. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Xırdalan şəhərinin sakinləri iştirak etdilər. Nəbi Xəzrinin xatirəsinin əbədiləşdirilməsinə görə İcra hakimiyyətinin aidiyyəti orqanlara müraciət etdiyi vurğulandı. Müğənnilərin ifaları, Sevil vokal ansamblının ifaları dinlənildi"

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Xırdalanda dünyaya gəlib.

Ülviyyə Həsənqızı

Nəbi Xəzrinin 95 illik yubileyi qeyd edilib