Dekabrın 10-da Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın Xalq şairi, nasir, dramaturq, tərcüməçi Nəbi Xəzrinin andan olmasının 95 illiyi münasibətilə “Nəbi Xəzri – 95” adlı geniş kitab sərgisi açılıb.

Open.az xəbər verir ki, təqdim olunan sərgidə şairin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, “Ön söz” yazdığı, redaktoru olduğu, tərtib və tərcümə etdiyi, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.