Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

Open.az xəbər verir ki, Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, “Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edərək bildirib ki, " Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 27 may 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Cahangir Mütəllib oğlu Novruzov "Xalq artisti" Fəxri adına layiq görülüb.

ÜLVİYYƏ HƏSƏNQIZI

Nazir Cahangir Novruzova Xalq artisti

Nazir Cahangir Novruzova Xalq artisti

Nazir Cahangir Novruzova Xalq artisti

Nazir Cahangir Novruzova Xalq artisti