Lesotoda yerləşən “Letseng” mədənində tapılan 13,33 karatlıq çəhrayı almaz Antverpendə hərracda 8,75 milyon dollara satılıb.

Open.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Gem Diamonds" şirkəti məlumat yayıb.

Qeyd edək ki, çəhrayı almazlar kifayət qədər nadir hallarda olur. "Letseng” mədəni almazlarının keyfiyyətinə və ölçülərinə görə məşhurdur. 2006-cı ildən bəri dünyanın ən iri 20 ağ almazının dördü burada tapılıb. Onların arasında rekord 603 karatlıq “Lesotonun vədi” (Lesotho Promise) almazına məxsusdur.

Gülnar Qafarlı