Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü onlayn açıq elan edəcək.

Open.az xəbər verir ki, Üzeyir Musiqi Günü və Üzeyir bəyin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan “Ər və arvad” musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək.

Sentyabrın 19-da “O olmasın, bu olsun”, 20-də “Arşın mal alan” səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq.

Xatırladaq ki, müvəqqəti də olsa, hələ ki, bu üsulla teatrın layihələri davam edəcək.